Dərc olunub: 11.03.2019

Odlar Yurdu Universitetinin İctimayətlə Əlaqələr Şöbəsindən saytımıza verilən məlimata görə universitet 24, 25, 26 mart tarixlərini əhatə edən məktəb direktorları, direktor müavinləri , müəllimlər bir sözlə ümumtəhsil məktəblərinin işçiləri üçün “ Ümumtəhsil məktəblərinin idarə edilməsində müasir yanaşmalar “ mövzusunda təcrübi-praktik konfrans təşkil olunacaq .

`Azərbaycan , Türkiyə , Böyük Britaniya təcrübələrinin qarşılıqlı müqaisəsi fonunda təşkil olunacaq konfransda , ölkəmizin bir neçə qabaqcıl ümumtəhsil məktəbinin direktorları rəhbərlik etdikləri təhsil müəssələrində təhsil islahatlarının məntiqi nəticəsi olaraq əldə etdikləri təcrübədən , millət vəkilləri ümumtəhsil müəssələrinin idarə edilməsində qanunvericiliyin tələblərinin yerinə yetirilməsi ilə bağlı müasir yanaşmalardan, o cümlədən Türkiyə Respublikasında və Azərbaycanda fəaliyyət göstərn türk liseylərində idarəetmə mexanizmlərindən , Böyük Britaniyada ümumtəhsi müəssələrinin ifdarə edilməsində müasir tələblər mövzuları üzrə məruzə və çıxışlar gözlənilir.

Tanınmış təhsil eksperti Nadir İsrafilov, Azərbaycan Valideyin-Müəllim Asosasiyasının sədri Şahin Rəcəb, Türkiyə Psixoterapiya İnstitutunun təmsilçisi, pedaqoq-psixoloq Ragip Sarı, “Ümidli Gələcək” Gənclər Təşkilatının sədri Nabil Seyidov, Bakı Türk Anadolu liseyinin direktoru Nurullah Yazıçı və digər tanınmış təhsil işçilərinin iştirakının gözləndiyi konfransın sonuncu günündə iştirakçılara sertifikatlar təqdim olunması ilə başa çatacağı bildirilib.

Odlar Yurdu Universitetindən bildirilib ki , konfransda iştirak etmək istəyən təhsil işçiləri : (+994 12) 480 15 93 , (+994 55) 465 45 61 (whatsApp) nömrələri ilə və international@oyu.edu.az E-ünvanla əlaqə saxlaya bilərlər.

Bənzər yazılar