Mektebgushesi

Magistraturaya qəbul imtahanında iştirak edən bakalavrların diqqətinə

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticəsinə qoyulan minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların nəzərinə! DİM -dən Mektebgushesi.az- a verilən məlumata görə, Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticəsi həmin mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştirak […]

BŞTİ -si iki rayon üzrə səyyar qəbul keçirəcək

Martın 15-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 220 nömrəli məktəb-liseydə (Ünvan: E.Süleymanov küçəsi 120 a) təşkil olunacaq səyyar […]

Dövlət Gömrük Komitəsinin Akademiyasında ağacəkmə aksiyası keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada Akademiyanın rəisi Qulu Novruzov, bu ali təhsil ocağının professor-müəllim heyəti və inzibati heyəti iştirak edib. Akademiyanın inzibati binasının yerləşdiyi Sabunçu rayonu Maştağa qəsəbəsi Zabrat-Maştağa şosesinin yol kənarına 100-dək müxtəlif ağac növləri əkilib. Tədbir zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar […]