Mektebgushesi

İndoneziyanın ölkəmizdəki səfiri ADPU-nun tələbələri ilə görüşüb

Martın 13-də İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor Hüsnan Bəy Fanani, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə görüşüb. Qeyd edək ki, fevralın 14-də ADPU-nun rektoru, professor Cəfər Cəfərovla görüşən səfir Hüsnan Bəy Fanani yaxın gələcəkdə universitetin tələbələri ilə görüşmək arzusunda olduğunu bildirmişdi. ADPU-nun rəhbərliyi səfirin bu arzusunun həyata keçməsinə dəstək verərək […]

“Mingəçevir Gənclərinin Natiqlik Forumu” yekunlaşıb

Mingəçevir Gənclər Evində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC), Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun tərəfdaşlığı ilə həyata keçirilən “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin “Final Mükafatlandırma və Bağlanış Mərasimi” keçirilib. Tədbirdə Mingəçevir Şəhər […]

Kurikulum əsasında hazırlıq kurslarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 10-da yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, DİM-in […]

Ucqar yerlərdə çalışan müəllimlərin əmək haqlarına əlavələr olunacaq

Sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin işçilərinin əmək haqlarına və vəzifə maaşlarına əlavələr ediləcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 26-cı maddəsində (Ümumi təhsil müəssisəsində təhsilverənlərin sosial müdafiəsi) qeyd edilib. Sənəddə […]

Nabatəli Qulamoğlu – Peşə təhsilini maliyələşdirmək yaxşı olar

Lakin ayrılan vəsaitlər korrupsiyanın bir növü olacaqsa, ortada heç nə olmayacaq Azərbaycanda əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.Qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli […]

Xəzər və Niğde Ömer Halisdemir universitetləri arasında protokol imzalanıb

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, türkiyəli şair-yazıçı İmdat Avşar Türkiyənin Niğde Ömer Halisdemir Universitetində olublar. Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, Türkiyə universitetinin rektoru, professor Muhsin Kar qonaqlara rəhbərlik etdiyi bu ali məktəb haqqında məlumat verib. Hamlet İsaxanlı Xəzər Universiteti, oradakı fakültələr və […]

Tələbələrə adlı təqaüd təqdim olunub

Martın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib. Mektebgushesi.az  xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan Prezidenti İlham […]

Şəhid övladları peşə və elmi təhsil müəssisələrində pulsuz oxuyacaqlar

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər verilir. Mektebgushesi.az -ın məlumatına görə, bu, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi bu gün Milli məclisin İnsan hüquqları komitəsində müzakirə edilib. Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış […]

Konfutsi İnstitutu “Çin mətbəxinin inciləri” mövzusunda növbəti master-klass keçirib

12 nömrəli Bakı Peşə Liseyində Azərbaycan Milli Kulinariya Assosiasiyası və Konfutsi İnstitutunun təşkilatçılığı ilə çinli aşpazların “Çin mətbəxinin inciləri” mövzusunda növbəti master-klassı təşkil olunub. Tədbirdə Pekindən dəvət olunan tanınmış aşpaz Li Canjuy ət, tərəvəz, balıq məhsullarının hazırlanması bacarıqlarını iştirakçılarla bölüşüb. O, Çin mətbəxinin əsas prinsipləri olan yeməklərin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyi vurğulayıb. Li […]

Uşaq İncəsənət Məktəbində İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar tədbir keçirilib

Martın 12-də Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən 4 saylı Uşaq İncəsənət Məktəbində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar şairin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, Xalq Artisti Rasim […]

UNEC-də yeni tədqiqat mərkəzləri yaradıldı

Tədqiqatyönümlü universitet olmağı hədəfləyən UNEC-də Aziz Sancar adına “Qida təhlükəsizliyi laboratoriyası”,  “Ekonofizika Tədqiqat Mərkəzi”, “Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi” və “Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi”nin yaradılması  barədə qərar qəbul olunub. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Nobel mükafatı laureatı Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası “Qida məhsullarının texnologiyası” kafedrasının nəzdində fəaliyyət göstərəcək. Laboratoriyada müvafiq […]

ADPU-da “Sabaha baxış” layihəsinin qalibləri seçildi

Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə ADPU-da icra olunan “Sabaha baxış” layihəsinin ikinci mərhələsi və finalı keçirilmişdir. Layihə tələbələr arasında kitab mütaliəsinə marağın artırılması və esse yazma, tənqidi təfəkkür bacarıqlarını stimullaşdırmaq məqsədi daşıyır. Layihənin martın 11-də keçirilən ikinci mərhələsində giriş sözü ilə […]

Dövlət Gömrük Komitəsinin Akademiyasında növbəti qiymətləndirmə mərhələsi keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında növbəti xidmətə hazırlıq təlimlərinin qiymətləndirmə mərhələsi keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün Akademiyada təşkil olunan növbəti hazırlıq təlimləri başa çatıb. Təlimlərin dinləyicilərinin bir ay ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru, texnika elmlər […]

ADPU-da “Xəyallar əngəl tanımaz” adlı rəsm sərgisinin açılışı keçirilib

ADPU-da “Xəyallar əngəl tanımaz” adlı sağlamlıq imkanları məhdud olan gənclərin rəsm sərgisinin açılışı keçirilib Universitetdən Mektebgushesi.az -a bildirilib ki, Martın 11-də Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyi ilə həyata keçirilən, ADPU-nun tələbəsi Ləman Vəliyevanın fərdi qrant layihəsi “Xəyallar əngəl tanımaz” adlı sağlamlıq […]

Bu gündən I sinfə şagird qəbulu başlanır

Bu gündən – martın 13-dən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata […]