Dərc olunub: 13.03.2019

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, türkiyəli şair-yazıçı İmdat Avşar Türkiyənin Niğde Ömer Halisdemir Universitetində olublar.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, Türkiyə universitetinin rektoru, professor Muhsin Kar qonaqlara rəhbərlik etdiyi bu ali məktəb haqqında məlumat verib. Hamlet İsaxanlı Xəzər Universiteti, oradakı fakültələr və ixtisaslar haqqında danışıb.

Görüş çərçivəsində iki universitet arasında anlaşma protokolu və Mövlanə mübadilə protokolu imzalanıb.

Daha sonra qonaqlar universitet və orada yaradılmış müasir laboratoriyalarla tanış olublar. Hər iki universitetin rəhbəri gələcəkdə birgə simpoziumlar, konfranslar keçirməyi qərara alıblar.

Mektebgushesi.az

Bənzər yazılar