Dərc olunub: 13.03.2019

Martın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.

Mektebgushesi.az  xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.

O, respublikamızda elmin, təhsilin, idmanın və gənclərin inkişafına göstərilən dövlət qayğısından danışıb, AHİK-nin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir.

AHİK-in sədri adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, uğurlar arzulayıb.

Sonra Bakı, Sumqayıt, Gəncə, Lənkəran və digər şəhərlərdəki ali məktəblərin 61 tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü verilib.

Bənzər yazılar