Elan üzrə 5 dövlət orqanında mövcud olan 17 vakant vəzifə ümumi müsahibəyə çıxarılmışdır. Ümumilikdə isə, 70 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmişdir.

DİM-dən Mektebgushesi.az-a verilən məlumata görə, müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsində baş məsləhətçi (1 vakant yer üzrə 15 namizəd), Nazirliyin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 12 namizəd) və Ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsində baş məsləhətçi (1 vakant yer üzrə 10 namizəd) vəzifələri olmuşdur.

Müsahibələrin 2019-cu il 18 mart – 23 aprel tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Bənzər yazılar