Mektebgushesi

Xanım sahibkarlar üçün müsabiqənin qalibləri müəyyən oldu

“Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən 2 ay müddətində həyata keçirilən “WE2019 Xanım sahibkarlar üçün müsabiqə”nin nəticələri açıqlanıb. Ümumilikdə 161 müraciətin toplandığı müsabiqənin təqdimat mərhələsində iştirak edən 11 sahibkar xanım arasından 4 nominasiya üzrə qaliblərin adları münsiflərin səsverməsi ardından açıqlanıb. Belə ki, “İlin ən gənc sahibkar xanımı” – “FitDiet” brendi ilə Ləman Xəlilzadə, “İlin təşəbbüskar sahibkar […]

Müəllimlərə sertifikatlar verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Həyat bilgisi” fənnini tədris edən müəllimlərə sertifikatlar təqdim olunub. Sertifikatlar 2018-2019-cu tədris ilinin noyabr-dekabr ayları ərzində maliyyə savadlılığının artırılması istiqamətində keçirilmiş təlimlərdə uğur qazanan müəllimlərə verilib. Tədbirdə çıxış edənlər təlimlərin keçirilməsinin əsas məqsədlərinin müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani […]

Bu ildən abituriyentlər qrupların ikisi üzrə qəbul ixtisasları seçə bilərlər – Yenilik

Qəbul qaydalarında edilən dəyişikliyə əsasən, 2018-ci ildən etibarən, abituriyentlər eyni ildə I, II, III və IV qrupların ikisi üzrə qəbul imtahanında iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirib ki, müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda  ixtisas seçimi ərizələrində hər iki qrupa daxil […]

Sabahdan ali məktəblərə ərizə qəbuluna start veriləcək

Sabahdan ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlər üçün elektron ərizə qəbuluna start veriləcək. Mektebgushesi.az xəbər verir ki, ərizə qəbulu bütün ixtisas qrupları üzrə ( I, II, III, IV və V) 15 mart tarixində başlanacaq. Sənəd qəbulu 1 ay, yəni 15 aprelə qədər davam edəcək. Xatırladaq ki, tələb olunan sənədlər barədə DİM tərəfindən ali məktəblərə qəbul elanında […]

İsveçli məktəbli qız Nobel Sülh Mükafatına namizəd irəli sürülüb – VİDEO

Skandinaviyalı siyasətçilər 16 yaşlı isveçli məktəbli qız Qreta Tunberqi (Greta Thunberg) qlobal istiləşmə ilə mübarizə hərəkatına verdiyi töhfəyə görə Nobel Sülh Mükafatına namizəd kimi göstəriblər. Mektebgushesi.az -ın məlumatına görə, bu barədə “Aftonbladet” nəşri məlumat verib. “Belə əhəmiyyətli mükafata namizəd olmaq çox şərəflidir və xoşdur. Bu, inanılmazdır və bir az qəribədir”, – Qreta “Aftonbladet”ə müsahibəsində deyib. […]

Nazim Nəsrəddinov: Avropa Azərbaycan Məktəbi və ya bir şəklin tarixi

AMİM-in yaradlcısı və direktoru Graeme Pollock onda Avropa Azərbaycan Məktəbinin (AMM) direktoru idi. Mən də o təhsil müəssisəsində işləyirdim. Deyəsən, pis də işləmirdim.AAM – Şamaxıdakı Şamaxı Avropa Liseyi ilə qardaşlaşmış məktəbdir. Onları mən qardaşlaşdırmışdm.Bunun da bir səbəbi var idi.Görkəmli maarifçi Səid Əfəndi Ünsizadə (1842,Şamaxı-1903,İstanbul) tərəfindən 1874-cü ildə Şamaxıda yaradılan Məslis Məktəbi adı ilə tarixə düşən məktəbi […]

Heyransa Mirzəyeva – Sankt-Peterburq Universitetinin azərbaycanlı müəllimi

Share El arasında belə bir məsəl var: “Aslanın erkəyi, dişisi olmaz”. Bir də deyirlər ki, filankəs kişi kimi qadındır. Haqqında söhbət açdığım Heyransa xanım da qadın zərifliyi ilə yanaşı, kişilərə xas olan bəzi müsbət keyfiyyətləri özündə ehtiva edə bilib. Qeyrətli, təəssübkeş, vətənpərvər, dəyanətli xanımdır. Fars, ərəb, ingilis, tacik dillərində sərbəst danışa bilir… Xeyransa Mirzəyeva Bakı şəhərində dünyaya […]

Bakıda 7 tələbənin zəhərləndiyi dönərxanadan görüntülər yayılıb – VİDEO

Mektebgushesi.az REAL-a istinadla xəbər verir ki, dönərxanada anti-sanitar vəziyyət müşahidə olunub.  Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov […]

Nigeriyada məktəb binası çöküb, yüzdən çox insan dağıntılar altında qalıb

Nigeriyanın Laqos şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yüzdən çox insan dağıntılar altında qalıb. “Report” “Haber7”yə istinadən xəbər verir ki, binanın üçüncü mərtəbəsi məktəbdir və hadisə dərs zamanı baş verib. Məlumata görə, çoxlu sayda şagird dağıntılar altından sağ-salamat xilas edilib. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Qəzanın səbəbi hələlik məlum deyil.

ADPU-da sağlamlıq imkanları məhdud olan gənclər mükafatlandırılıb

ADPU-da “Xəyallar əngəl tanımaz” – sağlamlıq imkanları məhdud olan gənclərin rəsm sərgisinin iştirakçıları mükafatlandırılıb Martın 13-də Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyi ilə həyata keçirilən, ADPU-nun tələbəsi Ləman Vəliyevanın fərdi qrant layihəsi – “Xəyallar əngəl tanımaz” adlı sağlamlıq imkanları məhdud olan gənclərin […]

Azərbaycanda fərdi və stasionar təhsil təşkil olunacaq

Azərbaycanda evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil olunacaq. Mektebgushesi.az -ın məlumatına görə, bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib. Sənədin 13.26-cı bəndində göstərilib ki, Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər.

Marneulidə 19 ictimai məktəbin təmiri planlaşdırılır

Azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində 19 ictimai məktəbin bərpası və təmiri planlaşdırılır. Bərpa və təmir işləri üçün büdcədən 1 820 000 lari vəsait də ayrılıb. ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə məlumatı Marneuli meriyasının maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmmədov 11 mart tarixində bələdiyyə məclisi iclasında deyib. Onun sözlərinə görə, bərpa işlərinin müəyyən hissəsi “kəndə […]

Peşə təhsilinin dövlət standartları 5 ildən bir yenilənəcək

Nazirlər Kabineti “Peşə təhsilinin dövlət standartları”nı təsdiq edib. Mektebgushesi.az -ın məlumatına görə, Nazirlər Kabineti yeni peşə standartlarının təsdiqlənməsi ilə əlaqədar  “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli qəranını ləğv edib. Dövlət standartları peşə təhsilinin məzmununu, idarə olunmasını, peşə təhsili müəssisələrinin maddi-texniki bazasını, peşə təhsilinin infrastrukturunu, […]

29 şəhər və rayonda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

Martın 17-də 29 şəhər və rayonda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcəkdir Dövlət İmtahan Mərkəzi (DİM) 17 mart 2019-cu il tarixində respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcəkdir. DİM -dən Mektebgushesi.az -a verilən məlumata görə, Həmin gün ümumilikdə 33054 şagirdin imtahan verəcəyi nəzərdə […]