Dərc olunub: 14.03.2019

AMİM-in yaradlcısı və direktoru Graeme Pollock onda Avropa Azərbaycan Məktəbinin (AMM) direktoru idi. Mən də o təhsil müəssisəsində işləyirdim. Deyəsən, pis də işləmirdim.
AAM – Şamaxıdakı Şamaxı Avropa Liseyi ilə qardaşlaşmış məktəbdir. Onları mən qardaşlaşdırmışdm.Bunun da bir səbəbi var idi.Görkəmli maarifçi Səid Əfəndi Ünsizadə (1842,Şamaxı-1903,İstanbul) tərəfindən 1874-cü ildə Şamaxıda yaradılan Məslis Məktəbi adı ilə tarixə düşən məktəbi dünya pedoqoji ictimaiyyətinə tanıtmaq.
Məclis Məktəbi- S.Ə.Şirvaninin,Cəlal Ünsizadənin dərs dediyi, M.Ə.Tahirzadənin (Sabir), S.M.Qənizadənin oxuduğu ibtidai təhsil ocağı idi.Bu məktəb haqqında elmdə çox danışırlar; amma çoxları bu təhsil ocağının tarixini hələ də düzgün işıqlandırmır. Məktəbin görkəmli şairimiz S.Ə.Şirvani  (1835-1888) tərəfindən yarandığını iddia edir. Məclis Məktəbinin  tarixi haqqında mənim bir sıra  araşırmalarım var. Sevinirəm ki, bu araşırmaları Azərbaycan və Türkiyə elmi ictimaiyyətinə çatdıra bilmişəm.
Bakıdan Şamaxıya yubiley tədbirinə gedəndə ingilis dilli dostumuz artıq bu məktəbin tarixi haqqında kifayət qədər məlumatlı idi.
G.Pollock Azərbaycana Azərbaycan təhilini inkişaf etdirməyə gəlib. Sağ olsun inkişaf etdirir də. 13 dekabr 2014 cü ildə Məclis Məktəbinin yaranmasının 140 illiyinə həsr olunmuş tədbirində G.Pollockun iştirakı Şamaxılılarda öz məktəblərinə sevgisini daha da artırdı. Tədbirdə iştirak edən əcnəbi ölkə vətəndaşıAzərbaycan təhsil tarixi haqqında maraqlı mülahizələrini söylədi.i.O, Azərbaycan təhsilinin tarixi uğurlarından məmnun olduğunu yüksək tribunadan səsləndirdi.

Bu il Şamaxı Məclis Məktəbinin – indiki Şamaxı Avropa Liseyinin 145 yaşı tamam olur.
İnanıram ki, pedaqoji ictimaittətimiz bu tarixi respublika miqyasında təntənəli şəkildə qeyd edəcəkdir.

Bənzər yazılar