Dərc olunub: 26.05.2024

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a verilən məlumata görə, imtahan 22 şəhər və rayonda təşkil olunub.

İlkin məlumatlara əsasən, 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

Bənzər yazılar