Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və şair-yazıçı İmdat Avşar Türkiyənin Nevşehir Hacı Bektaşi Veli Universitetində olublar.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, Nevşehir Hacı Bektaşi Veli Universitetinin rektoru, professor Mazhar Bağlı qonaqlara rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib.

H.İsaxanlı Xəzər Universitetinin yaradılması və bu günə kimi gördüyü işlərdən danışıb.

Hər iki universitetin rəsmiləri tərəfindən müqavilələr imzalanıb.

Mektebgushesi.az

Bənzər yazılar