Bu gün Ağdaş rayonu Ovculu kənd ümumi orta məktəbində “Azərbaycan dili üzrə intelektual yarış” mövzusunda tədbir təşkil olunub.

Tədbirin təşkilatçıları məktəbin müəllimləri Turanə İmanzadə, Ləman Cəfərova, Mehriban Abdurrahmanova , Aygün Əhmədova , Xanım Məmmədova, Yeganə Muxtarova olmuşlar.

Şagirdləri komandalara ayrılaraq şərti olaraq “Uğur” və “Fenomen” adlandırılıb. Rəqabət şəraitində keçirilən tədbirin qiymətləndirilməsi üçün Zəkəriyyəyev Vaqif, Salehov Mürvət və İbrahimov Natiqdən ibarət
Münsiflər heyəti təşkil olunub. Nəticədə daha çox suala doğru cavab verən “Uğur” komandası 130 balla qalib elan olunub.


Bənzər yazılar