Avropada uşaqların peyvəndlənməsi ilə bağlı məsələ ciddi şəkildə gündəmə gəlib. Hətta İtaliyada peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib. Bununla bağlı yeni qərar martın 12-i qüvvəyə minib.
Qeyd olunur ki, hər hansı bir uşağın valideyni onun peyvənd olunduğunu təsdiq edə bilməsə, 500 avro məbləğində cərimə olunacaq.
Bu arada Bolonya şəhərində 300-ə yaxın uşağın valideyni peyvənd olunma barədə sənəd təqdim edə bilmədiyi üçün uşaqlar bağçaya buraxılmayıb.
Bundan başqa, bir neçə nəfər peyvənd barədə saxta sənəd hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Mektebgushesi.az

Bənzər yazılar