Bakı şəhəri Yasamal rayonundakı Milli Qəhrəman Aytəkin Məmmədov adına 38 nömrəli məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilmişdir. Tədbir açıq elan edildikdən sonra Ümmumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin ruhu 1 dəqiqlik sükutla yad edildi. Məktəbin direktoru Yaqut Əfəndiyeva qonaqları təqdim edərək, məktəblilər arasında profilaktik işlərin güclədirilməsində dəstəyə görə kollektiv adından polis əməkdaşlarına təşəkkürünü bildirmişdir.

Yasamal rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cəmil Əmirov, Yasamal rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Natiq Pircanov, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru Anar Süleymanov, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin rəisi, polis mayoru Rahid Nağıyev və digər əməkdaşlar çıxış edərək, bütün dünyada narkomaniyanın hələ də qlobal problemlər sırasında olduğuna, müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyinə, ölkəmizdə bu sahədə görülən ardıcıl və davamlı işlərə diqqət çəkmişlər.

Bakı Şəhər Narkoloji Dispanserinin həkimi Rövşən Kərimli narkomaniya və digər zərərli vərdişlərin insan orqanizmi üçün yaratdığı fəsadlardan geniş söhbət açmış, bu kimi məsələlərin insan sağlamlığına mənfi təsirindən konkret və tutarlı faktlar gətirmişdir. Tədbir iştirakçıları tərəfindən xüsusi o da xüsusi olaraq vurğulanmışdır ki, bu məsələ daim diqqət və nəzarət altında saxlanılmalıdır. Yekdil nəticə ondan ibarət olmuşdur ki, mütəşəkkil mübarizə tədbirlərinə baxmayaraq hələ də bu sahədə lazımı bilgilərə ehtiyac var. Birgə əməkdaşlıq çərçivəsində bundan sonra da marifləndirmə işlərinin davam etdiriləcəyi qərara alınmışdır.

 

Bənzər yazılar