Dərc olunub: 18.03.2019

Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün ümumilikdə 8703 nəfər ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən mektebgushesi.az -a  bildirilib ki, sənəd qəbulunun 3 gün öncə  başlamasına baxmayaraq, ərizəsini təsdiq edənlərin sayı durmadan artır.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 1804, rus bölməsi üzrə isə 325 nəfər;

II ixtisas qrupu üzrə  1016, rus bölməsi üzrə isə 241 nəfər;

III ixtisas qrupu üzrə 1594, rus bölməsi üzrə 194 nəfər;

IV ixtisas qrupu üzrə 351, rus bölməsi üzrə isə 83 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 3024 nəfər ərizəsini təsdiqləyib. XI illik bazadan kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı bu dəqiqələrə görə 3367 nəfər təşkil edir.

Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 71 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Bənzər yazılar