Dərc olunub: 18.03.2019

Martın 15-dən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edilib.

Sənəd qəbulu elektron qaydada Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə aparılır.

Qəbul elanında ali təhsil müəssisələrinə müsabiqə şərtləri açıqlansa da, çağırışçılar üçün sənəd qəbulunun hansı qaydalarla aparılacağı qaranlıq qalıb.

Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, 1984-2001-ci il təvəllüdlü (2001-ci il iyulun 30-na qədər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır.

Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-dək davam edəcək.

Bənzər yazılar