Dərc olunub: 18.03.2019

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) musiqi sənəti fakültəsinin estrada sənəti kafedrasının baş müəllimi Gülnarə Allahverdiyeva və tələbələri “Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində Novruz bayramını Cocuq Mərcanlıda N saylı hərbi hissədə əsgərlərimizlə birgə keçiriblər.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə universitetin kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində olub, sonra ümummilli lider Heydər Əliyevin abidəsini, kənd məscidini və Aprel şəhidləri abidəsini ziyarət ediblər. ADMİU-nun kollektivi şəhid ailələri ilə də görüşüb, onlara Novruz xonçası təqdim ediblər.

Səfər çərçivəsində “Qayıdış” parkında Cocuq Mərcanlı kənd sakinlərinin Novruz sərgisi nümayiş olunub. Daha sonra Cocuq Mərcanlı N saylı hərbi hissənin həyətində Kosa və Keçəlin, milli rəqs qrupunun iştirakı ilə Novruz tonqalı qalanıb, əsgərlərə bayram sovqatı verilib. Görüş bayram konserti ilə başa çatıb.

mektebgushesi.az

Bənzər yazılar