Yer kürəsinə doğru EA2 adlandırılan böyük asteroid yaxınlaşır. Asteroid Ayla olan məsafədən də az bir fərqlə planetimizin yaxınlığından keçəcək.

Mektebgushesi.az-ın ONA- ya istinadən verdiyi xəbərə görə, bu barədə NASA-nın rəsmi internet səhifəsində məlumat yer alıb.

Obyektin Yerlə ən yaxın məsafəsinin martın 22-də qeydə alınacağı gözlənilir. Bu zaman onun planetdən uzaqlığı 305 min kilometr təşkil edəcək. Bu isə Yer kürəsi ilə Ay arasındakı məsafədən təxminən 80 min kilometr azdır.

Yaxınlaşan asteroidin sürəti 5 km/saniyə, diametri isə 18-40 metr təşkil edir.

Bənzər yazılar