Mektebgushesi

Azərbaycanda İlaxır çərşənbə qeyd olunur

Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur. Mektebgushesi.az xəbər verir ki, ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu – Torpaq çərşənbəsini qeyd edir. Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli qeyd olunur. Torpaq çərşənbəsində halal zəhmətə […]

Qəbul imtahanında eyni və ya fərqli ixtisas qrupu üzrə iştirak mümkün olacaq

“Hər iki qəbul imtahanında iştirak edəcək abituriyentlər II imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər”. Mektebgushesi.az xəbər verir ki, bunu ONA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Xanlar Xanlarzadə deyib. O qeyd edib ki, abi­turiyent­lər ötən il olduğu kimi, bu il də hər 2 imtahanda iştirak edə bilərlər: “Hər […]

Akademik Telman Əliyev: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”

UNEC-də “Elm aylığı” çərçivəsində keçirilən növbəti müzakirə “Elm haqqında elm” mövzusunda olub. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev və universitetin professor-müəllim heyəti iştirak edib. Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə “Elm günü”nün təsis edilməsinin əhəmiyyətindən söz açan rektor Ədalət Muradov, fevral ayından UNEC-də […]

Cəsarət Valehov: – I sinfə elektron qəbul sistemi tətil günlərində fəaliyyət göstərməyəcək

I sinfə elektron sənəd qəbulu sistemi Novruz bayramı tətilləri ərzində (19 mart, saat 15:00-dan — 27 mart, saat 10:00-dək) fəaliyyət göstərməyəcək. Mektebgushesi.az -ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. I sinfə elektron sənəd qəbulu sistemi Novruz bayramı tətilləri ərzində (19 mart, saat 15:00-dan — 27 mart, saat 10:00-dək) […]