Dərc olunub: 19.03.2019

“Hər iki qəbul imtahanında iştirak edəcək abituriyentlər II imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər”.

Mektebgushesi.az xəbər verir ki, bunu ONA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Xanlar Xanlarzadə deyib.

O qeyd edib ki, abi­turiyent­lər ötən il olduğu kimi, bu il də hər 2 imtahanda iştirak edə bilərlər: “Hər 2 qəbul imtahanında iştirak edən abituriyent II imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir və imtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilir.

Bənzər yazılar