Ümumi təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin təhsil sahəsindəki prioritet istiqamətlərdən biridir. Respublikamızda dərslik siyasətini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirməkdir.

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin bütün şagirdləri “Ümumtəhsil məktəbləri üçün dərsliklərin nəşri, çapı və paylanması qaydaları”na uyğun olaraq dərsliklərlə pulsuz təmin olunurlar.

Şəffaflıq və aşkarlıq dərslik siyasətinin əsas prinsiplərindəndir

Dərsliklərin hazırlanmasında, qiymətləndirilməsində, təsdiqində və nəşrində Azərbaycan Respublikasının dövlət mənafeyi gözlənilməklə, alimlərin, mütəxəssislərin, müəlliflərin , müəllimlərin və valideynlərin rəyi nəzərə alınır.

Dərsliyin əlyazması DQŞ* tərəfindən qiymətləndirildikdən sonra nəticələr DQŞ saytına yerləşdirilir.

Sağlam rəqabət

Müvafiq ixtisası və xüsusi yaradıcılıq qabiliyyəti olan Azərbaycan vətəndaşları ayrı-ayrılıqda və ya qrup şəklində istənilən dərsliyi tədris proqramı əsasında hazırlayıb, seçdiyi nəşriyyatla birlikdə mövcud qaydalara uyğun olaraq DQŞ-yə təqdim edə bilərlər.

**Dərslikləri Qiymətləndirmə Şurası

Mülkiyyət formasından asılı olmayaraq hər bir nəşriyyat müəlliflərlə birlikdə istənilən dərsliyi hazırlayıb, mövcud qaydalara uyğun olaraq DQŞ-yə təqdim edə bilər.

Ümumtəhsil məktəbləri dərsliklərinin müəllifləri əsasən Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

Ümumtəhsil məktəblərində xarici ölkələrin dərsliklərindən Təhsil Nazirliyinin icazəsi ilə istifadə oluna bilər.

Variativlik və seçim

Ümumtəhsil məktəblərinin dərslikləri, əsasən, variativ şəkildə nəşr olunur.

Variativ dərsliklərdən istifadə üçün seçim hüququ məktəb pedaqoji şuralarına, fənn müəllimlərinə və valideyn-müəllim assosiasiyalarına məxsusdur.

Hər bir müəllifin və nəşriyyatın öz dərsliyini məktəblərdə təbliğ etmək hüququ vardır.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi Ümumi təhsil sistemində dərslik siyasətinə istinadən yazılıb.(AzEdu.az )

Bənzər yazılar