Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mektebgushesi.az xəbər verir ki, ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Səməd Vurğun küçəsində “Opel” markalı avtomobil yolu keçmək istəyən 2008-ci il təvəllüdlü, Abdulzadə Ədil Rahid oğlunu vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Ölənin kimliyi dəqiqləşdirilir. Meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Sürücünün sərxoş olduğu bildirilir.  

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar