İnklüziv təhsilin əsas məqsədi hamı ilə birlikdə, amma ehtiyaclara uyğunlaşdırılmış fərdi inkişaf və təhsil proqramını tətbiq etməklə bu uşaqları sosial həyata inteqrasiya etdirməkdir.

Unicefin hesablamalarına görə Azərbaycanda sağlamlıq imkanı məhdud uşaqların (SMU) 80%-i hələ də təhsil hüququnu həyata keçirə bilmir. Sağlamlıq imkanları məhdud uşaqların əsasən ümumtəhsil məktəblərində sağlam həmyaşıdları ilə birlikdə inklüziv təhsilə cəlb edilməsi dünyada geniş yayılmış təcrübədir. Bu addım onların sosial bacarıqlarının inkişafına kömək edir, onların cəmiyyətdən təcrid olunmasının qarşısını alır. Azərbaycan cəmiyyətində inklüziv təhsil haqqında informasiya boşluğu əsaslı maarifləndirməyə zərurət yaratdığı üçün 307 nömrəli məktəbin müəllimi Aynurə Abdullayevanın təşəbbüsü ilə bir qrup gənclə birlikdə inklüziv təhsil haqqında cəmiyyətdə məlumatlılıq səviyyəsini artırmağı hədəfləyən layihə həyata keçirilmişdir. Layihənin məqsədi cəmiyyəti ölkəmizdəki bu sahə üzrə problemlər haqqında maarifləndirmək, inklüziv təhsilə diqqətin artırılması məqsədilə ictimai vəkillik kampaniyasının təşkili idi.

Inklüziv təhsilə dair təşviqat kampaniyası fasilələrlə iki dəfə, “Təhsil ümiddir!”, “İnklüziv təhsil aylığı” adları altında təşkil edilmişdir. Layihə çərçivəsində inklüziv təhsilə dair qısa və hər kəsin rahatlıqla anlayacağı sadə dildə izahlar verilən məlumatlandırıcı videolar çəkilmiş və sosial şəbəkələrdə yayılmışdır. Azərbaycan dilində belə resursların olmaması, sosial şəbəkələrdə uzun yazıların əsasən maraqla qarşılanmaması və xüsusilə müəllimlərin siniflərində şagirdlərilə paylaşması üçün məhz video çarxlardan istifadəyə üstünlük verilmişdir. Əlil insanlarla davranış etiketini özündə əks etdirən video çarxımızı   mümkün qədər çox uşağın izləməsini arzu edirik. Bu səbəblə həmin videonun linkini sizinlə paylaşırıq. Digərləri ilə facebookda İnküziv Təhsil səhifəsində və ya youtubeda İnclusiveEdu Azerbaijan kanalında tanış ola bilərsiniz.

https://www.facebook.com/1935861469997322/videos/2224634951136603/

Bənzər yazılar