Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 23.035 nəfər ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az verilən məlumata görə,  ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 7957, rus bölməsi üzrə isə 967 nəfər;

II ixtisas qrupu üzrə  4270, rus bölməsi üzrə isə 614 nəfər;

III ixtisas qrupu üzrə 6696, rus bölməsi üzrə 587 nəfər;

IV ixtisas qrupu üzrə 1509, rus bölməsi üzrə isə 247 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 13.876 nəfər ərizəsini təsdiqləyib.

Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 188 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Bənzər yazılar