Ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu davam edir.

Abituriyentlər arasında ən çox sual doğuran məqamlardan biri imtahan ödənişləri ilə bağlıdır.

Cari ilin məzunu, yəni 2019-ci ildə XI sinifi bitirən şagidlər universitetlərə qəbul imtahanının həm I, həm də II mərhələsində pulsuz iştirak edirlər.

Əgər həmin abituriyent, 2019-cu ildə universitetə qəbul olunmaq üçün ona yaradılan 2-ci şansdan (yay qəbul imtahanı) yararlanmaq istəyirsə, bu zaman 40 Azn ödəməlidir.

Əvvəlki illərin məzunları il ərzində qəbul imtahanında 1 dəfə iştirak edəcəkləri təqdirdə 40 azn, ikinci şansdan yararlanacaqları təqdirdə də əlavə 40 Azn, yəni 80 manat ödəniş etməlidirlər.

Cari ilin məzunlarına bir ixtisas üzrə qabiliyyət imtahanında iştirak pulsuzdur.

Qabiliyyət imtahanlarında ən azı 1 dəfə iştirak etmiş əvvəlki ilin məzunlarından  30 Azn tələb olunur.

Xatırladaq ki, ərizə qəbulu aprelin 15-nə qədər davam edəcək.

Mektebgushesi.az

Bənzər yazılar