Azərbaycan Dövlət Aqrar Universitetininin, Aqronomluq fakültəsinin alimləri Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzində “Taxıl bitkiləri, onların sortları, becərilmə texnologiyası və toxumçuluğu” mövzusunda təlim keçiriblər.

Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, Təlimdə Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti, ADAU-nun professoru Firuddin Qurbanov taxıl bitkilərinin növləri, sortları, onların toxumçuluğu, Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov torpaqların gübrələnməsi, onların səpindən əvvəl analizi, bitkilərin gübrələrə tələbatı, Bitkiçilik və bitkin mühafizəsi kafedrasının baş müəllimi Ramiz Əsgərov taxıl bitkilərinin xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə tədbirləri, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının assistenti Zaur Məmmədov növbəli əkinlər və onların torpaq münbitliyinin artırılmasında rolu barədə çıxış ediblər.

Təlimdə əyani vasitələr və interaktiv materialdan geniş istifadə olunub. Çıxışlar fermerlər tərəfindən maraqla dinlənilib və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Iştirakçılar təlimdən razı qalıblar və belə təlimlərin təşkilinə görə minnətdarlıqlarını bidiriblər.

Bənzər yazılar