Dərc olunub: 28.03.2019

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Böyük Britaniyanın “Weir” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Mektebgushesi.az xəbər verir ki, sənədi universitetin rektoru Mustafa Babanlı və “Weir” şirkətinin Rusiya və Mərkəzi Asiya üzrə baş meneceri Altuq Bilqiçimzalayıblar.

Tədbirdə həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroft da iştirak edib. O, əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, neft-qaz və təhsil sektoru Azərbaycanda vacib sahələrdir.

Öz növbəsində, A.Bilqiç də anlaşma memorandumunun vacibliyini vurğulayıb və şirkətin Azərbaycandakı fəaliyyətinə dair məlumat verib.

“Artıq 20 ildən artıqdır “Weir” Azərbaycanda fəaliyyət göstərir. Universitet əməkdaşlıq edəcəyimiz sayca 11-ci ali təhsil müəssisəsidir. Bu, hamımız üçün faydalı olacaq. Bu universitetin elmi potensialına maraq göstəririk”, – o deyib.

Bənzər yazılar