Dərc olunub: 28.03.2019

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qanunsuz sahibkarlıqda təqsirləndirilən “Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Mektebgushesi.az ONA- ya istinadən  xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, “Azərbaycanda Amerika Məktəbi” (“American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadə dələduzluq ittihamı ilə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb.

E.Məmmədzadə ABŞ-da xarici dil kurslarına göndərmək adı ilə 77 nəfərə qarşı dələduzluqda ittiham olunur.

Bənzər yazılar