Dərc olunub: 28.03.2019

Gürcüstanda təhsil alan azərbaycanlı tələbə intihar edib.

Mektebgushesi.az xəbər verir ki, ONA-nın şimal-qərb bürosunun verdiyi məlumata görə, Balakən rayonunun İtitala kənd sakini 22 yaşlı Ümid Şamil oğlu Qurqunayev qonşu Gürcüstanın Batumi şəhərində intihar edib. Onun meyiti ötən gün axşam saatlarında İtitala kəndinə gətirilib.

Ü. Qurqunayev Batumi şəhərində fəaliyyət göstərən ali məktəblərdən birinin 4-cü kurs tələbəsidir.

Bənzər yazılar