Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dağda köməksiz qalan 29 yaşlı Azərbaycan vətəndaşı, tələbə Amir Oruci xilas edilib.

“Report” “Mynet”ə istinadən xəbər verir ki, onunla birlikdə daha üç tələbə – Ahmet Öztokmak (21 yaş), Mehmet Çavuşoğlu (23) və Mehmet Han Şafak (19) da dağda azıblar.

Məlumata görə, Türkiyənin Fövqəladə Hallar Nazirliyi, polisin şəxsi heyəti 8 saatdan sonra 4 gənci dağdan endirib.

Onların səhhətinin yaxşı olduğu bildirilib. 

Bənzər yazılar