Mektebgushesi

Maliyyə savadlılığına dair təlimlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib. Təlimlər  BŞTİ və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb. Təlimlərin keçirilməsinin əsas məqsədi BŞTİ əməkdaşlarının maliyyə savadlılığının, iqtisadi bilik və bacarıqlarının artırılmasından ibarətdir.          Təlimlərdə maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, rəqəmsal ödənişlər, istehsal infrastrukturları […]

Aİİ-də 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “dəyirmi masa” təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 28 mart 2019-cu il tarixdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı: keçmişdə və müasir dövrdə” mövzusunda “dəyirmi masa” təşkil olunub. Öncə 1918-ci il 31 Mart soyqırımına məruz qalmış günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Tədbiri giriş nitqi ilə açan İnstitutun rektoru […]

ADAU-nun tələbə evində 31 mart azərbaycanlıların soyqırımı günü anılıb

Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı tələbə evində 31 Mart Azərbaycanlıların Soyqrım günü anılıb. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə anım mərasimində təhsil müəssisəsinin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova çıxış edib və bildirilib ki, martın 30-da səhər erməni-bolşevik dəstələri Bakını hərbi gəmilərdən atəşə tutublar. Artilleriya […]

Martın 30-da Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi martın 30-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılmışdır. İmtahanda iştirak etmək üçün 250 nəfər qeydiyyatdan keçmişdir. İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə […]

Başqa dillər üzrə I sinfə qəbul olarkən həmin dili bilmə bacarıqları yoxlanılacaq

2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndiriləcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İdarədən bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının […]

DİM-in əməkdaşları Tovuzun Əlibəyli kəndində görüş keçiriblər

Martın 28-də Dövlət İmtahan Mərkəzinin (DİM) Şəmkir regional bölməsinin əməkdaşları Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun Əlibəyli kənd məktəbinin şagird və müəllimləri ilə görüşüblər. DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları və sənəd qəbulu ilə bağlı şagirdləri və müəllimləri maraqlandıran suallar […]

Sumqayıtda “başsız” qalan dörd məktəbə təyinat olub

Sumqayıtda dörd məktəbə yeni direktor təyin olunub. Mektebgushesi.az Oxu.Az- a istinadən  xəbər verir ki, təyinat 3, 8, 23 və 40 nömrəli məktəblərədir. Məktəblərə boş qalan direktor vəzifəsinə müvafiq olaraq Ülkər Valeh qızı Çəndirli, Şəlalə Əkrəm qızı Məmmədova, Reyhan Şahverən qızı Yunisova, İlqar Məmmədağa oğlu Həbibov təyin edilib. Adı çəkilən şəxslər aprel ayının 1-dən direktor vəzifəsinin icrasına […]

Bu obada cəmi bircə şagird var, o da məktəbə qayıqla gedir – FOTOLAR

Bərdə rayonunda müvəqqəti məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün 13 yaşlı Əli Rəsul oğlu Hümbətov məktəbə getmək üçün hər gün təxminən 5 km aralıda yerləşən Zərdab rayonuna üz tutur. Məktəb yolunun bir hissəsi  Kür çayından keçir. Bizimlə söhbətində Əli Hümbətov bildirdi ki, 5 ildir Kür çayını qayıqla keçərək Zərdab rayonunun Miqdar Umudov adına Xasa kənd orta məktəbinə […]