Mektebgushesi

Aqrar Universitetdə soyqırım qurbanlarının xatirəsi yad edilib

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Hər il olduğu kimi yenə Azərbaycan Dövlət Universitetinin bütün fakültələrində və tələbə evlərində soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilib. Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, daha bir anım mərasimi isə Aqrobiznes və idarəetmə, Aqrar iqtisadiyyat fakültələrində keçirilib. İctimai elmlər və multikulturalizm […]

LDU-da 31 mart – Soyqırımı Gününə həsr olunmuş tədbiri keçirilib

Lənkəran Dövlət Universitetində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Lənkəran Dövlət Universitetində (LDU) 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans günahsız qurbanların xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən və sonrakı davamından tarixi ardıcıllıqla, faktlara istinadən söz açıb.Bildirib ki, […]

ADAU-da baytar həkimlərə daha bir təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində fermerlərə təlimlərin davam edir və bu təlimlər daha da intensivləşdirilir. Növbəti təlim regionun baytar həkimləri üçün olub. Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə Baytarlıq elmləri doktoru, professor Hacı Hacıyevin 100 illik yubileyi ərəfəsində keçirilən təlimdə “Heyvandarlığın inkişaf prespektivləri, mövcud problemlər və qarşıda duran vəzifələr” müzakirə edilib, ən aktual məsələlərin həlli yollar […]

ADU-da 31 Mart soyqırımını mövzusunda dəyirmi masa keçirilib

ADU-da “31 Mart soyqırımını unutmadıq, unutmarıq, unutdurmarıq!” mövzusunda dəyirmi masa keçirilib Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Martın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsinin təşkilatçılığı ilə “31 Mart soyqırımını unutmadıq, unutmarıq, unutdurmarıq!” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev azərbaycanlılara qarşı törədilən soyqırımın baş vermə səbəbləri və nəticələrindən […]

ADPU-da qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. İclasda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının İdarə Heyətinin üzvləri və tələbələr iştirak ediblər. İclası YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının İdarə Heyətinin sədri, Filologiya fakültəsinin […]

Təhsil müəssisəsində vahid geyim forması tətbiq ediləcək

Azərbaycanda ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid geyim forması tətbiq edilə bilər. Mektebgushesi.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.  Bundan başqa qanun layihəsində qeyd olunub ki, ümumi təhsil müəssisəsi təhsildə […]

Təhsil müəssisələrinə publik hüquqi şəxs statusu verilib – Yeni qanun

Bu gün Milli Məclisin iclasında “Ümumi təhsil haqqında” qanun layihəsi III oxunuşda müzakirə edilib. Mektebgushesi.az – ın məlumatına görə, sənəd barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. “Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsinin (Ümumi təhsil müəssisəsi)  12.1-ci bəndində qeyd edilib ki, dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik […]

AMEA-da bayram toplantısı

Akademik Akif Əlizadə: “Elm Gününün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir” Martın 27-də AMEA Rəyasət Heyətində Elm Gününün nəticələrinə həsr olunmuş toplantı keçirilib. Rəyasət Heyəti üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq bu əlamətdar günün əhəmiyyətindən danışıb: “Elm Gününün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir”. Akademik Azərbaycanın […]

Ceyhun Məmmədov: “Tələbələr arasında əsl islamşünaslar yetişdirə biləcəyimiz gənclər kifayət qədərdir”

Azərbaycanda ən gənc institutun – Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının bir ili tamam oldu. Müstəqil Azərbaycanda daha bir ali məktəb rəqabətə davamlı təhsil müəssisələrinin sırasına qoşulmaq uğrunda gedən mübarizəyə qatıldı. Yeni olmasına baxmayaraq, Azərbaycan İlahiyyat İnstitutunun tam sürətlə irəliləməsi üçün bütün imkanlar yaradılıb. İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində rəhbərlik […]

Fuad Hacıyev: “Rüşvətin bir nömrəli məkanı Ukrayna və Rusiya universitetləridir”

Bu sözləri mətbuata xaricdə təhsil üzrə mütəxəssis  Fuad Hacıyev deyib. Onun sözlərinə görə,  Ukraynanın bütün universitetlərində rüşvət halları mövcuddur: “Rusiyada əsasən vilayətlərdə yerləşən ali təhsil müəssisələrində  rüşvət  halları  mövcuddur.  Amma demək olar ki, Ukraynanın bütün universitetlərində rüşvət hallarına rast gəlinir. Hazırda işləyən və ya vəzifəsini dəyişmək istəyənlər Ukraynada təhsil almağa üstünlük verir. Azərbaycanda təhsildə uğur qazana […]

Kimya-biologiya müəllimlərinin Forumu keçirilib

Qərbi Kaspi Universitetində Kimya-biologiya müəllimlərinin Forumu keçirilib. Forumda respublikanın 50-ə qədər orta ümumtəhsil məktəbindən 100-dən artıq müəllimi iştirak edib.  Qərbi Kaspi Universitetinin müəllimləri – kimya üzrə fəlsəfə doktoru Nailə Quliyeva “Nanokimya ve nanotexnologiya”, biologiya üzrə fəlsəfə doktoru Elnarə Cəfərova “Xəzər dənizin ekologiyasının müasir problemləri”, Könül Əhmədova “Kür silsilə su anbarların makrozoobentosunun müasir ekologiyası və problemləri” […]

Qaçqın məktəblərinə digər ailələrin uşaqları qəbul edilməyəcək

Ramana qəsəbəsində yerləşən qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün nəzərdə tutulan məktəblərə digər ailələrin uşaqları qəbul edilməyəcək.  Mektebgushesi.az -ın məlumatına görə, bu barədə Oxu.az-a Ramana qəsəbəsində yaşayan sakinlər məlumat verib. Valideynlər uşaqlarını yaxınlıqda yerləşən qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan məktəbə yazdırmaq istədiklərini, lakin rəhbərlikdən icazə verilmədiyini deyiblər.   Təhsil Nazirliyindən isə məlumatı təsdiqləyiblər: “Məcburi köçkün […]

İtkin düşən azərbaycanlı tələbədən xəbər var – Terror təşkilatının əlindədir

Türkiyədə fevralın 12-dən itkin düşən Azərbaycan vətəndaşı, lisey tələbəsi Abduləvvəl Orucovdan xəbər var.  Mektebgushesi.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, ötən gün o, anasına “Vatsap” üzərindən zəng edib. Anası Afət Bəşirova Modern.az-a bildirib ki, oğlu Qırğızıstan nömrəsindən arasa da, yenə də danışmaq mümkün olmayıb.  “Oğlum “ana, ana!” dedi. Səsi çox uzaqdan gəlirdi. Oğlum hardasan, – soruşdum, – yerini […]

Dillər Universitetinə yeni prorektor təyinatı olub

Azərbaycan Dillər Universitetinə yeni prorektor təyin olunub.  Mektebgushesi.az -ın məlumatına görə, tarix elmləri namizədi, dosent Tamam Cəfərova Dillər Universitetində Təlim-tərbiyə işləri üzrə prorektor təyin edilib. Məlumatı ali məktəbdən təsdiqləyiblər. Təyinat bu gün Elmi Şuranın qərarı ilə rəsmi təsdiqini tapacaq. Xatırladaq ki, Tamam Cəfərova 1957-ci il 5 aprel tarixində Bakıda anadan olub. 1966-1976-ci illərdə Bakı şəhər […]

UNEC – də tyutor hazırlığı üzrə distant formada sertifikat proqramı təşkil olunacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant formada “Tyutor hazırlığı” üzrə sertifikat proqramı təşkil olunacaq. Sertifikat proqramının təşkilində məqsəd Azərbaycan Respublikası təhsil qanunvericiliyinin və Bolonya prosesinin tələbləri nəzərə alınmaqla tədris prosesinin hər mərhələsində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır. Kursun proqramı tədris prosesinin bütün mərhələlərini əhatə edir və bu sahədə təcrübəli ekspertlər öz bliklərini […]