Dərc olunub: 29.03.2019

Bu gün Milli Məclisin iclasında “Ümumi təhsil haqqında” qanun layihəsi III oxunuşda müzakirə edilib.

Mektebgushesi.az – ın məlumatına görə, sənəd barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. “Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsinin (Ümumi təhsil müəssisəsi)  12.1-ci bəndində qeyd edilib ki, dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi şəxsdir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Bənzər yazılar