Martın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin İstanbul Aydın Universitetinin rektoru, doktor Mustafa Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı universitetdə görülən işlər, tədris prosesi, qəbul statistikası, əcnəbi tələbələr və tələbə mübadiləsi barədə qonaqlara ətraflı məlumat verib.

ADNSU-da olmaqdan qürur hissi keçirdiyini bildirərn Türkiyənin İstanbul Aydın Universitetinin rektoru, doktor M.Aydın ADNSU ilə əməkdaşlıqda xüsusən də tələbə və professor-müəllim heyətinin mübadiləsində maraqlı olduqlarını bildirib.

Daha sonra görüş universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə davam edib. Tədbir iştirakçılarına İstanbul Aydın Universitetində tədris prosesi, beynəlxalq əlaqələri və maddi texniki bazasından bəhs edən geniş video təqdimat nümayiş etdirilib.

Tədbirin sonunda İstanbul Aydın Universitetinin rektoru, doktor M.Aydın tələbələrə təhsil və iş həyatında uğur qazanmağın yollarından danışıb və bu istiqamətdə öz tövsiyələrini verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb

Bənzər yazılar