Həbsdə olan şəxslər üçün buraxılış imtahanı keçirilsə də, onlar ali təhsil müəssisəsinə qəbul ola bilmirlər. Dövlət İmtahan Mərkəzi tərəfindən bu istiqamətdə imtahan keçirilmir.

Hüquqşünas Anar Ramazanov bildirib ki, azadlığı məhdudlaşan insanın hüquqları da, məhdudlaşır və onların ali məktəblərə imtahan verə bilməmələri də bununla əlaqədardır:

“Həbsdə olan şəxsin hüquqları məhdudlaşdırılır.Onlardan biri də təhsil hüququdur.Əgər, cəzaçəkən təhsil alacaqdısa, bu zaman onun azadlığının məhdudlaşdırılmasının heç bir mənası olmazdı.Amma, məhbuslara işləməyə,özlərinə qazanc yolu tapmağa imkan yaradırlar.Bu da, qanunvericilikdə öz əksini tapıb.

Dünya təcrübəsində də, azadlıqdan məhrum edilən şəxslərin ali təhsil hüquqları mövcuddur.Lakin, bu bizdə hələ öz həllini tapmayıb”.

Konstitusiya Araşdırmalar Fondunun Prezidenti, hüquqşünas Əliməmməd Nuriyev AzEdu.az-a açıqlamasında deyib ki,Azərbaycan qanunvericiliyində məhkumların ali təhsil almalarını məhdudlaşdıran qanun yoxdur:

“Sadəcə, bu barədə mexanizmlər yoxdur.Əgər, bu mexanizmlər olsaydı, cəzaçəkənlər distant təhsil vasitəsiylə tədris ala bilərdilər.Lakin, məhdudlaşdıran qanun da, ölkə qanunvericiliyində mövcud deyil.

Bu günə qədər heç bir məhbus bu mövzu ilə bağlı müraciət etməyib.Əgər, arzuda olarlarsa, DİM uyğun tədbirlər həyata keçirə bilər. Bu zaman da əyani təhsil imkanları yaranmayacaq.Yalnız, distant təhsil mümkün olacaq.

Gələcəkdə qanunvericilikdə dəyişiklik baş verə bilər və məhbusların imkanları genişləndirilə bilər.Burada cəza çəkən şəxsin özünü necə apardığı və törədiyi cəzanın rolu da, böyükdür”.

Şükufə Süleymanlı

Bənzər yazılar