Mektebgushesi

DİM dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib

2019-cu il 1 aprel tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin 5–7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilmişdir. Mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmələrdə olmaqla elana çıxarılan vəzifələrin 2-si dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər) və 14-ü […]

DGKA-nın tələbələri beynəlxalq müsabiqədə

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ABŞ-da beynəlxalq müsabiqədə iştirak edirlər. Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Turan Abbasov, Murad Alızadə, Etibar Qarayev və Günel Məmmədzadə 31 mart-6 aprel tarixlərində Vaşinqtonda keçirilən dünyanın ən böyük məhkəmə müsabiqəsi olan “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirak edirlər. Bu ilin 9 […]

LDU-da maarifləndirici seminar keçirilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində yaradılan İnsan Resursları Mərkəzi pedaqoji kadrların seçimi və qiymətləndirilməsi ilə bağlı tədbirlərin keyfiyyətinin artırılmasına, bu sahədə təşkilati işlərin daha səmərəli həyata keçirilməsinə nail olmaq məqsədi ilə ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirir. İnsan Resursları Mərkəzinin bir qrup əməkdaşı bu məqsədlə Lənkəran Dövlət Universitetində (LDU) olub.LDU-nun rektoru vəzifəsini icra edən […]

Rezidenturaya qəbul imtahanı: namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 7-də keçiriləcək. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidir. Göstərilən sənədlərdən hər hansı biri çatışmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Dövlət İmtahan Mərkəzində “məsləhət saatları” təşkil olunacaq

“Məsləhət saatları”nın keçirilməsində məqsəd abituriyent və onların valideynlərini, bakalavrları, dövlət qulluğuna qəbul olmaq istəyənləri, eləcə də müraciət edən digər şəxsləri DİM-in həyata keçirdiyi tədbirlər – imtahanlar, ərizə qəbulu, elektron xidmətlər və s. məsələlərlə bağlı məlumatlandırmaqdır. “Məsləhət saatlar”ı zamanı DİM-in rəhbər şəxsləri, struktur bölmələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən müvafiq dövrdə aktual olan və Mərkəz tərəfindən […]

UNEC professor-müəllim heyəti və tələbələri “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət etdi

UNEC-in professor-müəllim heyəti və tələbələrdən ibarət kollektivi 30.03.2019-cu il tarixində “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişdir. Ziyarət zamanı müəllim və tələbələr bələdçi tərəfindən bir sıra arxiv sənədləri, bir çox tarixi şəkillərlə ətraflı tanış edilərək, erməni vəhşiliyinin şahidi olmuşlar. Ziyarətdən sonra UNEC-in kollektivi tərəfindən Universitetin Quba, Tədris, İdman və İstirahət Kompleksinin konfrans zalında 1918-ci il Azərbaycanlıların Soyqırımının […]

Bakı Ali Neft Məktəbində İstanbul Aydın Universitetinin rəhbərliyilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) İstanbul Aydın Universitetinin prezidenti Mustafa Aydın və onun rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib. Görüş zamanı BANM-ın rektoru Elmar Qasımov cənab Mustafa Aydın və onun nümayəndə heyətini BANM-da salamlayıb və Ali Məktəbin tələbələri, uğurları, yenilikləri haqqında məlumat verib. İstanbul Aydın Universitetinin rəhbəri Ali Məktəbi möhtəşəm kampus və yüksək ballı tələbələri […]

Aprelin 7-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər Aprelin 7-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan MR-də yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış […]

Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Təhsil müəssisələrində “31 mart-Azərbaycanlıların Soyqırımı Günüdür”, “Qan yaddaşımız”, “Azərbaycanlıların  soyqırımı tarixin sağalmaz yarasıdır”, “Soyqırım tarixinin dastanı” və digər mövzularda konfrans, mühazirə, toplantı, “Dəyirmi masa”lar,vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Soyqırımı Günü ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, […]

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi “Qırmızı qəsəbə”də

Quba şəhərinə səfərə gedən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kollektivi Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin müşayiəti ilə Qubada yerləşən “Qırmızı qəsəbə”də olub. Aİİ heyətinə yəhudilərin adıçəkilən qəsəbədə, həmçinin Azərbaycanda məskunlaşması tarixi, ölkəmizdəki multikultural mühit və tolerantlıq ənənələri haqqında ətraflı məlumat verilib. Ali təhsil müəssisəsinin kollektivi “Giləki” və “Altı günbəz” sinaqoqları ilə yaxından tanış […]

Qızıl Aypara Cəmiyyəti Salyan məktəblərində maarifləndirici tədbirlər keçirir

Salyan rayonunun təhsil müəssisələrində müəllimləri və şagirdləri öz ətrafında könüllülük prinsipi əsasında birləşdirən Qızıl Aypara Cəmiyyətinin ilk təşkilatları fəaliyyət göstərir. Rayon üzrə Qızıl Aypara Cəmiyyətinin sədri ixtisasca həkim olan İxtiyar Mustafayevdir. O, məktəblərdə fəaliyyət göstərən ilk təşkilatlarda mütəmadi görüşlər keçirir, şagirdlərlə bu cəmiyyətin fəaliyyəti ilə əlaqədar söhbətlər aparır.   İlk təşkilatların üzvlərinin təşkilatçılığı ilə şəhər 1 […]

Ali təhsil müəssisələrinə və Kolleclərə ərizə qəbulu davam edir – 48022 ərizə təsdiq edilib

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır. DİM -dən mektebgushesi.az verilən məlumata görə, 1 aprel saat 09.45-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 48022 abituriyent öz ərizəsini təsdiq edib. İxtisas qrupları, yaz […]

Lənkəran Dövlət Universitetində regional olimpiada keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən regional olimpiadada Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Lənkəran Humanitar, Astara Pedaqoji və Masallı Dövlət Regional kolleclərinin tələbələri iştirak ediblər.İştirakçıların fizika, riyaziyyat, kimya, biologiya, informatika və coğrafiya fənləri üzrə bilikləri sınağa çəkilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, LDU-nun rektoru vəzifəsini icra […]

Müddətli müqavilələrlə işləyən müəllimlər üçün yeni müsabiqəyə başlanılır

Bu gündən respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə başlanılır. Mektebgushesi.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərində https://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilir. Müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris […]

Bu gündən dövlət qulluğu üzrə imtahanların qiymətləri artır

Sabahdan dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq ediləcək. Mektebgushesi.az -ın ONA-ya istinadən xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) saytında məlumat yerləşdirilib. Aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların qiyməti aşağıdakı kimi olacaq:AA – 130 AZN AB – 118 AZN AC – 106 AZN BA – 94 AZN BB – 83 AZNQeyd edək […]