Rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 7-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidir. Göstərilən sənədlərdən hər hansı biri çatışmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Bənzər yazılar