AMEA-nın Folklor İnstitutunun gənc alimlərinin Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin tələbələri ilə görüşü keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Nail Qurbanov gənclərin elmə daha çox cəlb olunması perspektivlərindən və humanitar elmlərin aktual problemlərindən danışıb. O, ölkə rəhbərinin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb.

İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu bildirib ki, çağdaş dövrdə elmin qarşısında duran başlıca vəzifə insanlığa töhfə verməkdir. O, Folklor İnstitutunun gördüyü işlərin bu günümüz, və sabahımız üçün lazımlı olduğunu qeyd eedib.

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov da gənclərin elmə bağlanmasının zəruriliyini vurğulayıb, Folklor İnstitutunun gördüyü zəngin işlər haqqında məlumat verib, tələbələri folklora, mənəvi irsə maraq göstərməyə çağırıb.

Daha sonra tələbələrin suallarını cavablandırılıb, onlara Folklor İnstitutunun nəşrləri hədiyyə olunub.

Bənzər yazılar