Dərc olunub: 02.04.2019

Azərbaycan Dövlət Aqrar Universitetinin alimlərinin regionlarda təlimləri davam edir. Bu dəfə isə təhsil müəssisəsinin Aqrotexnologiya fakultəsinin dekanı dosent Ə. Hüseynovun təşkilatçılığı ilə Yerquruluşu kafedrasının müəllimləri A. Babayeva, Z. Xəliıov, A. Qasımov, S. Rüstəmov, N. Qasımov, A. Allahverdiyev Hacıqabul rayonu Padar kənd inzibati ərazi dairəsində fermerlərə və kənd əhalisinə təlim keçblər.

Təlimdə yerquruluşu istehsalat prosesi, yerquruluşu layihələndirilməsi, növbəli əkinlər sisteminin ərazilərinin təşkili və s. barədə ətraflı məlumat verilib, fermerləri maraqlandıran məsələlərə aydınlıq gətirilib

Bənzər yazılar