Dərc olunub: 02.04.2019

Nə olsun, ATƏT-in Minsk qrupu da hər ay  Bakıya üç ölkənin adından sülh, danışıqlar… sovqatı gətirir…

 Rusiya paytaxtında yaşayan bir qrup erməni Azərbaycan Respublikasının 27-ci ildir ki, işğal altında tapdanan Laçın rayon mərkəzindəki 2 nömrəli internat məktəbində təhsil alan azyaşlı soydaşlarına yardım gətirib.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşləri məlumat yayıb. Moskvadan erməni uşaqlarına gətirilmiş sovqatlar arasında kompüterlər, idman ləvazimatları, oyuncaqlar və şirniyyat olub.
Məlumata görə, 1996-cı ildən Laçında fəaliyyət göstərən internat məktəbdə 2-17 yaşlarında 18 yetim erməni balası böyüyür və təlim-tərbiyə alır…

Bənzər yazılar