Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov “Facebook” sosial şəbəkəsindən tələbələrə müraciət edib. 

Mektebgushesi.az  rektorun müraciətini olduğu kimi təqdim edir:

“Əziz tələbələrim, aqrar universitetin kitabxanasından götürdüyünüz və vaxtında qaytarmadığınız kitablarla bağlı Sizlərə, əzizlərimə, dostlarıma müracət edırəm. Məsələ burasındadır ki, tələbələrimizin əksəriyyəti semestr ərzində keçdiyi gənclərlə bağlı dərslik və dərs vəsaitlərini əsaslı kitabxanadan götürür və imtahan sessiyası başa çatdıqdan sonra həmin kitabları geriyə qaytarmırlar, bu işə digər tələbə yoldaşlarınız üçün ciddi kitab çatışmazlığı yaradır, onlar bu barədə daim mənə şikayət edirlər. Əziz dostlar, bu proses özü bir əxlaq məsələsidir, özünə aid olmayanı geri qaytarmağın özü bir tərbiyədir, bununla bağlı müxtəlif universitetlərdə müxtəlif qərarlar qəbul edirlər, mən hesab edirəm ki, hər şey inzibatçılıqla həll edilməməlidir, bizim aramızda bir dostluq var, xahiş edirəm məni düzgün başa düşün və gələn həftə ərzində istifadə etmədiyiniz kitabları geri qaytarın.

Mən Sizlərə inanıram.

P.S-xahiş edirəm şərh etməyin, sadəcə dediyimi icra edin.

Bənzər yazılar