2019-2020-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin başlayacağı tarix məlum olub.

mektebgushesi.az- ın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib ki, müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə iyul ayından başlayacaq. O qeyd edib ki, bu proses bir neçə mərhələdən ibarət olmaqla iyul, avqust və sentyabr aylarını əhatə edəcək.

M. Camalzadə qeyd edib ki, iyun ayında müəllimlərin yerdəyişməsi də həyata keçiriləcək.

Bənzər yazılar