Mektebgushesi

Şəhid polkovnikin tələbə oğlu Heydər Əliyev Fondunda işə qəbul olundu

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi, 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raqif Orucovun oğlu Aqşin Oruclu Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində işə qəbul olunub.  Mektebgushesi.az ONA -ya istinadən xəbər verir ki, bunu şəhid övladlarına dövlət qayğısı, diqqət kimi dəyərləndirən […]

Rezidentura təhsilinə hansı hallarda xitam verilə bilər?

Azərbaycan Tibb Universiteti məzunlarının uzunmüddətli təhsil yolu çoxlarına məlumdur. Bu ali təhsil müəssisəsinin məzunları hər hansı ixtisas qazanmaq və bu sahə üzrə çalışmaq üçün ikimərhələli rezidentura imtahanı verməli, qəbul olunduqdan sonra hər ilin sonunda yekun imtahanda uğur əldə etməli, məzun olduqda isə attestasiyadan keçməlidirlər. Bu təhsilin bir həkim mütəxəssisdən illər almasına baxmayaraq, bəzi hallarda onların […]

Akademik Muxtar İmanov: “Meyxanaya qətiyyən qadağa qoymaq olmaz”

Mektebgushesi.az Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, Muxtar İmanovun ONA-ya müsahibəsini təqdim edir: – Son günlər meyxana janrı çox geniş müzakirə mövzusuna çevrilib: sənət olub-olmaması, bir folklor janrı kimi varlığı təftiş olunur. Maraqlıdır, meyxana nə zaman meydana çıxıb, yalnız Azərbaycandamı təşəkkül tapıb? – Əvvəla, onu deyim ki, meyxana məhz Azərbaycanda təşəkkül tapıb. Başqa Şərq ölkələrində meyxananın analoqunu tapmaq […]

Musiqidən xəyallara gedən yol

      Musiqi həyatımızın ayrılmaz hissəsidir. Bu bağlılıq insan ömrünün ilk anlarından başlayır. Beşikdə yatan körpə anasının şirin laylasına qulaq asdıqca rahatlaşır. Həyatımızın hər anı müxtəlif xarakterli musiqilərlə müşayət olunur, çünki musiqi emosiyalarımızın müşahidəçisidir. Dünyada elə bir xalq yoxdur ki, onun musiqi mədəniyyəti olmasın. Musiqi millətləri birləşdirən onların qarşılıqlı anlaşmasını təmin edən bir dildir .    […]

Tələbə və şagirdlər üçün “Çin və Azərbaycan tərəfdaşlığı” yazı müsabiqəsi elan edilib

Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetin Konfutsi İnstitutu ilə birgə Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə “Çin və Azərbaycan tərəfdaşlığı” mövzusunda yazı müsabiqəsi elan edir. Müsabiqə Azərbaycan-Çin əlaqələrinin ikitərəfli uğurlu əməkdaşlığının, mədəniyyətlərinin, tarixlərinin, uğurlu strategiyalarının tələbə və şagirdlər arasında təbliği, təşviqi məqsədilə həyata keçirilir. Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Dillər Universiteti […]

AzMİU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib

           Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurası, Azərbaycan dili və pedaqogika kafedrasının təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. Ölkə prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında […]

Goranboyda polis tərəfindən saxlanılan məktəb direktorunun müavini şöbədə ölüb

Goranboy rayonunun Goranlı kənd sakini, 1956-cı il təvəllüdlü İlham Zakir oğlu Yolçuyev aprelin 4-də saat 23.30 radələrində “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən uzaqvuran işıqlardan istifadə etdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Mektebgushesi.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan ONA-nın yerli bürosuna verilən məlumata görə, araşdırma […]

DİM bu il ixtisaslar üzrə keçid ballarının nə vaxt açıqlanacağına aydınlıq gətirib

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə qəbul aparılacaq ixtisaslar üzrə keçid ballarının nə vaxt açıqlanacağına aydınlıq gətirib. Mektebgushesi.az  ONA-ya istinadən xəbər verir ki, Mərkəzdən bildirilib ki, bu il formalaşacaq keçid balları müsabiqədən əvvəl məlum ola bilməz. “Çünki keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin […]

Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib

Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib. Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin nümayəndələri məktəbdə olaraq müxtəlif dərs ləvazimatları, o cümlədən məktəb üçün kompüter, printer, idman ləvazimatları və Fondun müxtəlif nəşrlərini təqdim ediblər. Mektebgushesi.az xəbər verir ki, Fondun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə çıxış edərək 2005-ci […]

İstanbul Aydın Universitetinin rektoru Qərbi Kaspi Universitetində olub

İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın Qərbi Kaspi Universitetində olub. Qonağa Qərbi Kaspi Universitetinin tarixi, əldə etdiyi nailiyyətlər və son illərdə həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər arasında müəllim-tələbə mübadiləsi, birgə tədbirlərin təşkili, elmi tədqiqat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Daha sonra qonaq Qərbi Kaspi Universitetinin yeni tədris binası ilə tanış olub. Məlumat verilib […]

Azərbaycan gəncləri “Don’t be silent to violence” adlı Erasmus+ beynəlxalq təlimində Azərbaycanı təmsil ediblər

Türkiyənin Ankara şəhərində həyata keçirilən “Don’t be silent to violence” adlı Erasmus+ beynəlxalq təlim kursunun ilk günündə Beynəlxalq layihədə Azərbaycan Respublikasının təqdimatı keçirilib. İlk olaraq Azərbaycan Respublikasının himni səsləndirilib. Təqdimat zamanı beş ölkədən olan layihə iştirakçılarına (İtaliya,Rumıniya,Tunis, İsveç və Türkiyə) ecazkar bir diyar – Azərbaycan, onun təkrarsız təbiəti, çoxəsrlik mədəniyyəti, tarixi, bu diyarın qədim sakinləri […]

Pedaqoji mühazirələrin dinlənilməsinə start verilib

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin dinlənilməsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, keçirilən pedaqoji mühazirələrin rayon mərhələsi üçün paytaxtın 12 inzibati rayonu üzrə 600-dən artıq pedaqoji mühazirə təqdim olunub. Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Məktəbəhazırlıq təhsili ibtidai təhsil sahəsində uğurların təminatçısıdır”, “Şagirdlərdə sağlam həyat […]

LDU-da I Beynəlxalq Onlayn Konfrans keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Moskva Pedaqoji Dövlət Universitetin Xarici Dillər İnstitutu ilə birgə “Məktəb və pedaqoji təhsilin ayrı – ayrı mərhələrində linqvistikanın və xarici dilin tədrisinin aktual problemləri” mövsunda I Beynəlxalq Onlayn Konfrans keçirilib.Konfransda hər iki ali təhsil müəssisəsinin tələbələri, magistrantları, aspirant və doktorantları iştirak edib. Konfransın açılışında Moskva Pedaqoji Dövlət Universitetinin Xarici Dillər İnstitutunun […]

GDU-da Aprel döyüşlərinin ildönümü qeyd edilib

Aprelin 4-də Gəncə Dövlət Universitetində (GDU) Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Anım tədbirinin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimi açan GDU-nun humanitar işlər üzrə prorektoru Gülsüm Fətəliyeva aprel ayında baş vermiş hadisələri yaxın tariximizin həm kədərli, həm də qürurverici səhifəsi adlandırıb. O bildirib ki, […]

ADAU-nun alimləri Yevlaxda fermerlərə təlim keçib

ADAU-nun alimlərinin Yevlaxda keçirdiyi təlim problemlərin həllinə aydınlıq gətirib. Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin alimləri Yevlax rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində bir qrup fermerlə təlimdə olub, elmi tövsiyələr veriblər. Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri, dosent Qurban Məmmədov dənli taxıl bitkilərinin becərilmə texnologiyası və vegetasiya müddətində optimal şəraitin yaradılması, kafedranın baş müəllimi Ramiz Əsgərov […]