Dərc olunub: 06.04.2019

Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsi başa çatıb.

Mektebgushesi.az -ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O bildirib ki, müsabiqədə iştirak etmək üçün 2906 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 1000 nəfəri öz ərizəsini təsdiq edib.

M. Camalzadə qeyd edib ki, müsabiqənin müsahibə mərhələsinə aprelin 20-dən sonra başlanılacaq.

Bənzər yazılar