Məktəbin birində çox ağır hadisə baş verib. Hamımız xəbəri oxuyuruq. Hər kəs də öz düşüncə tərzinə görə müxtəlif fikirlər yazır. Allah heç kimə bu olayı yaşatmasın. 
Mektebgushesi.az xəbər verir ki, bu sözləri Əməkdar müəllim Almaz Həsrət Özünün sosal şəbəkədəki hesabından paylaşıb.

Ancaq mən bu olayda məktəb rəhbərliyini günahkar kimi ən son adamlar olduğunu deyərdim. İlk günahkar valideynin özüdür. Övladının psixoloji durumu ilə dərindən məşğul olmalıydı. Övladına dayaq olmaqla yanaşı problem olan vəziyyətdən çıxış yollarını öyrətməli, həyata hazırlamaqla yanaşı övladının xarakteri ilə də dəqiq maraqlanmalı idi.

Məktəbdə yüzlərlə şagird təhsil alır. Direktoru bu işdə günahlandırmaq doğru olmaz. Valideyn günahı özündə bilməlidir. Bu uşağın ailəsini araşdırmaq lazım öncədən. Ailədə problem varsa demək ki,,uşaq onu daşıya bilməyib. Məktəbdəki sinif yoldaşlarının ona qarşı edilən davranışlardan çox qıcıqlanıb və təsirlənirdisə, demək ailənin özündə, böyüklərin bir-birinin davranışlarında xoş münasibət olmayıb. Çox təəssüf ki, bu hadisə baş verib. Ailədə xoş aura və xoş münasibət görən uşaq məktəbdə sinifdə baş verən neqativliklərə bu qədər dərin reaksiya verməzdi. Ailədən yüklənmiş neqativlik, məktəbdə ona qarşı olan kobudluq bu uşağın beynini qarışdırıbmış. Heyf bu uşaqdan. Valideynlər ilk öncə problemi özündə görməli, kənarda deyil.

Təəssüf. Çox təəssüf ki, uşaq canına qıyıb. Çox heyf. Allah rəhmət eləsin

Bənzər yazılar