Türkiyənin Bursa şəhərində saxta diplomla kəkələmə və nitq qüsurlarının müalicəsi mərkəzi açan kişi saxlanılıb.

Mektebgushesi.az Oxu.Az -a istinadən xəbər verir ki, o, 33 nəfəri müalicə etmək adı ilə aldadıb. 

40 yaşlı Əmrə Nuri Qorqud polisə ifadəsində Azərbaycan Universitetindən məzun olduğunu, Pensilvaniya Universitetində isə kəkələmə və dil patologiyası üzrə kurs keçdiyini, sertifikatının olduğunu deyib. O, xəstələri də bu yolla aldadıb.

Lakin xəstələrindən birinin ondan şübhələnib polisə müraciət etməsi Əmrə Nurinin işini “çətinə salıb”.

Aparılan araşdırmalar zamanı məlum olub ki, o, lisey məzunudur. Diplomları isə saxtadır.

Məhkəmə Əmrə Nuri Qorqud barəsində 55 illik həbs qərarı çıxarıb.

Bənzər yazılar