Fransanın Monpele şəhərində yerləşən Monpele Universitetində “Nizami” layihəsi çərçivəsində “Azərbaycanda dokturantura təhsilinin vahid Avropa ali təhsil məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” mövzusunda layihənin son – bağlanış görüşü keçirilib.

Görüşdə Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Azərbaycan Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva və departamentin əməkdaşı Nərgiz Qasımlı da iştirak edib. 
Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, doktorantura təhsilinin beynəlmiləlləşdirilməsi istiqamətində müzakirələr aparılıb və çıxışlar edilib.
Professor Sübhan Namazov çıxış edərək Azərbaycanda doktorantura təhsilinin təşkili və AzTU-da bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib. 
Dosent Mərziyyə Ağayeva isə “Doktorantura təhsilində peşəkar kompitensiyaların inkişafı və reallaşdırılması” mövzusunda AzTU və ADİU (UNEC) ilə birgə hazırlanmış məruzə ilə çıxış edib. 
Görüşün sonuncu ğünü prorektor Sübhan Namazov AzTU və ADİU (UNEC) nümayəndələri ilə birgə hazırlanmış son məruzəni görüş iştirakçılarının nəzərinə çatdırıb.
Görüşlərdə Azərbaycandan AzTU ilə yanaşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin, AMEA-nın, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, Xəzər Universitetinin və Naxçıvan Dövlət Universitetinin, AMEA-nın, həmçinin, Avropadan Barselona Universitetinin və Upsala Universitetinin nümayəndələri də iştirak ediblər.

Bənzər yazılar