Dərc olunub: 06.04.2019

Texniki universitetin III kurs tələbəsi Şaxbazlı İlkin Bəxtiyar oğlu dünyasını dəyişib.  

Mektebgushesi.az ONA -ya istinadən xəbər verir ki, avtomobilin vurduğu tələbə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.  

Qeyd edək ki, İ. Şaxbazlı dünən gündüz saatlarında oxuduğu institutdan çıxaraq öz avtomobilinə minmək istəyib və bu zaman onu “Chrysler” markalı maşın vurub. 
 

Bənzər yazılar