ADAU-nun Aqrotexnologiya fakultəsinin dekanı dosent Əfqan Hüseynovun təşkilatçılığı ilə Ucar royonunda fermerlərə təlim keçiblər .

Universitetdən mektebgushesi.az -a bildirilib ki, təlimdə Yerquruluşu kafedrasının müəllimləri Aygün Babayeva, Zahib Xəlilov Sədi Rüstəmov, Namiq Qasımov, Azər Allahverdiyev, Zöhrab İsmayılov, Aygül Məmmədova, Dinara Əliyeva, Nuridə Sadıqova, laborant Kəmalə Əbilova tələbə Ramin Haciyev Ucar rayonu Qaradağlı kənd inzibati ərazi dairəsində fermerlərə, kənd əhalisinə təlim keçiblər. Təlimdə yerquruluşu istehsalat prosesi, yerquruluşu layihələndirilməsi, növbəli əkinlər sisteminin ərazilərinin təşkili və s. barədə ətraflı məlumat verilib, fermerləri maraqlandıran məsələlər barədə ətraflı izahat aparlıb.

Bənzər yazılar