Erməni-daşnak quldurları türk-müsəlman xalqlarına qarşı Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları törədiblər.

Mektebgushesi.az xəbər verir ki, AMEA-nın Tarix İnstitutundan AZƏRTAC bildiriblər ki, 1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş “26 Bakı komissarları” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı aparılmış tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar aşkarlanıb.

2009-cu ilin yanvarında Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Sahil bağındakı “26-lar”a aid məzarlar şəhər qəbiristanlığına köçürülərkən orada 26 deyil, 23 cəsədin qalığı aşkar olunduqdan dərhal sonra Tarix İnstitutunda xüsusi elmi-tədqiqat qrupu yaradılmış və elmi araşdırmalara başlanılmışdı. Tapılan yeni arxiv sənədləri sübut edir ki, sovet tarix elminə ən ardıcıl bolşeviklərdən biri kimi daxil edilən Şaumyan əslində erməni millətçilərinin ən ifrat terrorçu təşkilatının – “Daşnaksütyun” partiyasının üzvü olub. O, həm də “Daşnaksütyun” partiyasının Bakı komitəsinin üzvü idi.

Arxiv araşdırmaları zamanı Şaumyanla bağlı üzə çıxarılmış bir sənəd xüsusi maraq doğurur. Bu sənəd təkzibolunmaz surətdə sübut edir ki, Anastas Mikoyan kimi, Şaumyan da güllələnmiş “26-lar”ın sırasında olmayıb. Həmin sənəddən məlum olur ki, “26 Bakı komissarları”nın güllələnməsindən sonra, yəni 1918-ci il sentyabrın 20-dən oktyabrın 1-dək 10 gün ərzində Şaumyana Krasnovodsk həbsxanasında qida verilib. Maraqlıdır ki, qida verilən məhbusların siyahısında Şaumyandan sonra adı qeyd olunan ikinci məhbus Mikoyandır.

AMEA-nın Tarix İnstitutu Facebook və Youtube sosial şəbəkələrində soyqırımı faktları barədə video paylaşıb.

Bənzər yazılar