Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “Şirvan Gənclər Evi”ndə Aprel döyüşlərinin ildönümü ilə əlaqədar vətənpərvərlik mövzusunda Nə? Harda? Nə zaman? Intelektual bilik yarişmasi keçirilib.

Yarışın keçirilməsində məqsəd Aprel döyüşlərində şəhid olan soydaşlarımızın xatirəsini yad etmək və gənclərdə olan vətənpərvərlik hissinin daha da yüksəldilməsi idi. Yarış bu məqsədlə Şirvan Gənclər Evində keçirilmişdir.

Intellektual oyunda 14-29 yaş arası şagird, tələbə və müəllimlərdən təşkil olunmuş 25 komanda iştirak edirdi. Yariş ümumilikde 3 mərhələdən ibarət idi. Bu komandalar arasından cəmi 6 komanda final mərhələsində iştirak edərək 3 yer uğrunda mübarizə aparırdılar.

Onu da qeyd edək ki, II yerə layiq görülən Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecinin”Zirvə” komandası yalnız tələbələrdən təşkil olunmuşdur. Həmçinin onlar Whatsappda yaradılmış KIOK (Kollec Intelektual Oyun Klubu) nun üzvləridir.

Yarışın sonunda qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı.

Bənzər yazılar